Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2016-cı il oktyabrın 1-nə 4 milyard 132,7 milyon ABŞ dolları təşkil edib.
Teleqraf.com-un məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 59,8 milyon dollar və yaxud 1,43% azdır.
Son bir ildə qurumun valyuta ehtiyatları 2 milyard 882 milyon dollar və yaxud 41,09%, ilin əvvəlinə nisbətən isə 884 milyon dollar və yaxud 17,62% azalıb.