6 Oktyabr 2016 14:42
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri aparır.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra aparılan təmir-bərpa işləri öz bəhrələrini verib.

Bu günlərdə özüldə 340 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2967-2935 metr intervaldan gündəlik 52 ton neft və 8000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.


Quyuda istismar işlərini “Azneft” İB “28 May” NQÇİ həyata keçirir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər