10 Oktyabr 2016 19:52
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Etibar Nəcəfov seminarı giriş sözü ilə açaraq Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayıb. E.Nəcəfov çıxışında Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırıb.

E.Nəcəfov dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin formalaşmasında əldə olunan nəticələri vurğulayaraq bildirib ki, ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlığı hüquqlarının müdafiə olunmasına dövlətimiz xüsusi fikir verir. Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində görülən işlər, Alban-Udi, eləcə də pravoslav kilsələrinin, sinaqoqların bərpa olunması və yenilərinin tikilməsi, Bakının mərkəzində erməni kilsəsinin bərpa olunması və qorunması buna əyani sübutdur. Eyni zamanda, müstəqillik dövründə ölkəmizdə iki mindən çox məscid tikilib, qədim dini-tarixi abidələr bərpa edilib. “İmamzadə” kompleksində, Şamaxı Cümə məscidində aparılan təmir-bərpa və tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi isə Azərbaycanın ən böyük məscididir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri K.Finç çıxışında seminar iştirakçılarına öz təşəkkürünü bildirib. K.Finç büronun bu sahədə gördüyü işlərdən danışaraq, maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarın məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi və bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.

Daha sonra Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən danışıb. Ravvin qeyd edib ki, Azərbaycan tolerantlığın canlı nümunəsidir və ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir.

Seminar K.Finçin moderatorluğu ilə müzakirələrlə davam edib.


Müəllif:

Oxşar xəbərlər