Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, bank hesab edir ki, OPEC-in bu ayın sonundakı yığıncağında neft hasilatının məhdudlaşdırılmasına dair hər hansı razılığın əldə olunması ehtimalı getdikcə azalır.
Əgər razılığa gəlinməsə neftin qiyməti 40 dollar/barrelədək ucuzlaşacaq.
Bank analitiklərinin fikrincə, neft hasilatı üzrə kvotanın tətbiq edilməsi prosesində irəliləyişin olmaması və OPEC istehsalçıları arasında narahatlıqlar noyabrın 30-dakı yığıncaqda razılığa gəlinməsi ehtimalını azaldır. İndiyədək hər hansı razılığın əldə olunmaması isə neftin qiymətinin ucuzlaşmasına səbəb olur.
Əgər OPEC inandırıcı bir razılığa gəlməsə neftin qiyməti 40 dollara yaxın səviyyələrə geriləyəcək.