5 Noyabr 2016 14:07
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyində çoxsaylı kadr dəyişiklikləri baş verib.

Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, dəyişikliklər nazirliyin bəzi depanrtamentlərinin rəşbərlərinə aiddir və böyük ehtimalla vergi yığımları sahəsində vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.

Vergilər Nazirliyinin 1 saylı Xüsusi Rejimli Vergi Ödəyiciləri ilə iş departamentinin rəisi Natiq Şirinov vəzifəsindən azad edilərək nazirin müşaviri təyin edilib.Onu bu vəzifədə Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifələrini icra edən Habil Əliyev əvəzləyib.

Habil Əliyev həm də nazirin müşaviridir. Bu vəzifədə onu müavini Raqif Məmmədov əvəzləyib.

Digər dəyişiklik Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai araşdırılması departamentinin rəhbərliyində baş verib. Departamentin rəhbəri Vüqar İsmayılov nazirliyin Daxili təhlükəsizlik departamentinə gətirilib. Departamentə indiyədək rəhbərlik etmiş İlham Əhmədov isə vergi cinayətkarlığına qarşı mübarizə departamentinə rəhbər təyin edilib.

Nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov və Əflatun Məmmədovdur.


Müəllif:

Oxşar xəbərlər