2017-ci ildə Qazaxıstanla vizasız gediş-gəlişi olan ölkələrin sayı 35-dən 56-ya çatacaq.
Teleqraf.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə prezident Nursultan Nazarbayev Yaponiyanın iş adamları ilə görüşdə danışıb.
Prezident deyib: "Bizdə vergi rejimi liberal, vergi inzibatçılığı kifayət qədər sadədir - cəmi 13 vergi var. Məşğulluq sahəsində vergi tarifləri ilə bağlı qanunların dəyişməyəcəyinə zəmanət veririk.
2015-ci ilədək vizasız rejim tətbiq olunan ölkələrin sayını genişləndirərək 35-ə çatdırdıq, 2017-ci ildə onların sayı 56 olacaq. Yaponiya investorları Qazaxıstana rahatca gedib-gələ bilərlər".
MAHİR