Türkiyədə dolların məzənnəsi bu gün yeni rekord müəyyənləşdirib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, son məlumata görə, dollar 3.4042 TL həddinə çatıb.
Eyni zamanda avro da bahalaşaraq 3.6002 TL səviyyəsində dayanıb.
Son durum ölkədə ciddi iqtisadi-siyasi narahatlıqla müşayiət olunur. Artıq Baş nazir Binali Yıldırım yerli vaxtla saat 16:00-a İqtisadi Koordinasiya Şurasının toplantısını çağırıb.
MAHİR