24 Noyabr 2016 15:33
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 24-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları”ndan Teleqraf.com-a verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat vermişdir.

Bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizellə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral məlumat verib ki, bağlantının Türkiyə hissəsində tikinti işlər sürətləndirilib. Bir çox tamamlama işləri, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri tez bir zamanda başa çatdırılacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər