2017-ci ilin fevralın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 32 bankın yanvar ayınının cəmi aktivləri 32,407.1 milyon manat, cəmi öhdəlikləri 30,347.5 milyon manat təşkil edib.
Bu barədə Teleqraf.com-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Məlumatda bildirilib ki, sektorun balans kapitalı 2,059.6 milyon manatdır. Yanvar ayında banklarda əhalinin əmanətləri 7,691.3 milyon manat həcmində olub.
Bankların filiallarının sayı 569, söbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edir.
İlhamə ƏBÜLFƏT