23 Mart 2017 13:31
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-fevral ayları ərzində ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,4 faiz artaraq 177,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq 70,7 milyon manat olub.


Müəllif: