30 Mart 2017 18:37
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı şəhərində pambıqçılığın inkişafı məsələlərinə dair sayca ikinci respublika müşavirəsi keçirilib. Qeyd edək ki, bundan öncəki müşavirə 2016-cı ilin sentyabrın 17-də Sabirabad şəhərində keçirilmişdi.

Müşavirə pambıqçılığın inkişafı məsələlərinə həsr olunsa da, Prezident İlham Əliyev həm giriş, həm də yekun nitqində bir sıra digər məsələlərə münasibət bildirdi, o cümlədən ölkədə aparıla islahatlara dair mühüm mesajlar verdi. Dövlət başçısı bildirdi ki, pambıqçılığın inkişafı məşğulluğun artırılmasına və regionlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda pambıqçılığın artıq bərpa edildiyini deyən Prezident 2016-cı ili pambıqçılığın inkişafında dönüş ili adlandırıb. Prezident qeyd edib ki, 2016-cı ildə 51 min hektarda pambıq əkilib və 90 min tona yaxın məhsul götürülüb.

Azərbaycanda meliorasiya işləri uğurla aparıldığını, dövriyyəyə yeni əkin sahələrinin əlavə edildiyini vurğulayan İlham Əliyev qeyd edib ki, bu il 136 min hektarda pambığın səpini və orta məhsuldarlığın 20 sentner səviyyəsində olması və 270 min ton pambıq tədarükü gözlənilir. Bu il 22 rayonda pambıq əkiləcək, bu işlərdə minimum 300 min insan çalışacaq.

Prezident həmçinin, bildirdi ki, pambıqçılığın inkişafı məşğulluğun artırılması və regionlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. “Pambıqçılığın inkişafı sosial layihədir”, deyən prezident pambıqçılığın inkişafının yüngül sənayenin inkişafına böyük təkan verəcəyini deyib.
Dövlət başçısı qeyri-neft sektorunun inkişafının prioritet sahə olduğunu vurğulayıb. Bildirib ki, 2017-ci ilin ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. Azərbaycanda fermerlər üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Belə ki, Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Prezident 2016-cı ildə Azərbaycanda tütünçülük və baramaçılıqda ciddi dönüş yarandığını da söyləyib. O, üzümçülüyün inkişafının sürətlə getdiyini, şərab məhsullarının ixracı artdığını qeyd edib.

Prezident yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət missiyalarının fəaliyyətə başlayacağını qeyd edib. O həmçinin bildirib ki, “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıb.

Milli Məclsin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov bildirib ki, yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Onun sözlərinə görə, ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublikaboyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır.
E.Səlimov bildirib ki, dövlət tərəfindən göstərilən davamlı dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərəli istifadə olunur. Onun sözlərinə görə, bu dəstək ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq üçün böyük stimuldur: “Əlamətdar haldır ki, ölkənin bölgələrində kənd təsərrüfatına məqsədyönlü dəstək tədbirləri öz bəhrəsini verməyə başlayıb. Maddi-texniki bazanın gücləndirilməsi, təsərrüfatlarda qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi məhsuldarlığı artırıb və bütövlükdə ölkə üzrə aqrar sektoru yeni inkişaf mərhələsinə çıxarıb. Ötən il məlum çətinliklərə baxmayaraq, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. Bu il isə bu göstəricini daha da artırmaq, yeni istehsal və ixrac imkanları yaratmaq qarşıya məqsəd qoyulub”.

E.Səlimovun sözlərinə görə, Prezident İlham Əliyev martın 28-də pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində ötən il kənd təsərrüfatında qazanılan uğurlardan məmnunluq ifadə etməklə yanaşı, vurğulayıb ki, bu il aqrar sektorda artım daha böyük rəqəmlərlə ölçülməlidir: “Qeyd edim ki, ölkəmizın ixrac imkanlarının genişləndirilməsi məqsədilə genişməzmunlu tədbirlər həyata keçirilir. Respublikada başlanan yeni nəsil iqtisadi islahatlar çərçivəsində ötən ildən ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Son vaxtlarda ayrı-ayrı xarici ölkələrdə ardıcıl şəkildə logistik mərkəzlər yaradılır, eyni zamanda, “Made in Azerbaijan” brendi geniş şəkildə təbliğ olunur. Ölkədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli sərəncamı əsasında Azexport.az portalı yaradılıb. İndiyədək portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Bütün bu görülən işlər yaxın perspektivdə daha yüksək nəticələrlə müşayiət olunacaq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər