24 May 2017 13:06
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 il ərzində yanacaqdoldurma məntəqələrindən benzinin keyfiyyəti ilə bağlı 2 şikayət daxil olub.

Bunu Teleqraf.com-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində yoxlamalar aparılmır: “2017-ci ilin sonuna qədər sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanun qüvvədədir. Bu müddət ərzində yoxlayıcı orqanlar və Standarlaşdırma Komitəsi yanacağın keyfiyyəti ilə bağlı planlı yoxlamalar aparmayacaq. Şikayət daxil olduqda araşdırılma aparılır və hüquq-mühafizə orqanlarına göndərilir”.

Komitə rəsmisi qeyd edib ki, 2 il ərzində yanacaqdoldurma məntəqələrindən benzinin keyfiyyəti ilə bağlı 2 şikayət daxil olub: “Şikayət araşdırılan zaman benzinin keyfiyyətinin aşağı olması halı aşkar olunarsa, sahibkar barədə müvafiq sənədlər aidiyyəti qurumlara göndərilir. Gələn ilin əvvəllərindən etibarən yoxlamalar davam etdiriləcək”.

Qeyd edək ki, Bakıdakı yanacaqdoldurma benzinin keyfiyyətinin aşağı olması, tərkibində müəyyən qatqıların olması ilə bağlı məlumat yayılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər