Bu il "Şahdəniz 2" layihəsi üzrə hasil olan qaz Azərbaycandan Türkiyəyə çatdırılacaq.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasından sonrakı mətbuat konfransına deyib.
Nazirin sözlərinə görə, ötən il ərzində "Cənub Qaz Dəhlizi" layihəsi üzrə görülən işlər bu gün Prezident İlham Əliyevlə müzakirə edilib: "Biz həmçinin gündəlikdə olan planları, hazırda səmərəli formada həyata keçirilən layihələr barədə danışdıq.
"Cənub Qaz Dəhlizi" layihəsi 4 komponentdən ibarətdir. Biz bu gün bütün komponentləri müzakirə etdik".
Nazir qeyd edib ki, bu il Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə isə İtaliyaya çatdırılacaq.