8 İyun 2018 12:05
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il dünyada 500 milyard polietilen torba istehsal edilir. Hər kəs bilməlidir ki, plastik qablar təbiətdə 200 ilə məhv olmur. Bəzən onu təkrar istifadə edirlər ki, bu daha təhlükəlidir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov bu gün Plastik qabr və polietilen torbaların insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Adil Zeynalovun sözlərinə görə, polietilen paketlərdən istifadə etmək təkcə insan sağlamlığına deyil, flora və faunaya da təhlükə yaradır: “Ötən əsrin 60-cı illərində təbitədə palstik tullantı 1 faiz idi, bu gün 12 faiz təşkil edir. Bunun səbəbi ölkəyə gətirilən məhsulların qablaşdırmasının polietilen olmasıdır. İnsanlar çalışmalıdır ki, bu paketlərdən istifadəni özlərinə məhdudiyyət qoysunlar.

Ölkəmizdə polietilen torba və plastik qablar da istehsal edilir. Lakin istehsalçı tərəfindən həmin məhsulun geri alınması mexanizmi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə təkliflərin hazırlanması planlaşdırılır”.

Adil Zeynaov deyib ki, Azərbaycan polietilen məhsulların ətraf mühitə zərəri uzun illərdir hiss olunur. Zaman keçdikdə bu zərər daha da artır: “Polietilen məhsulların təbiət və ətraf mühit üçün təhlükəlidir və bu zərər hər gün bir az da artır. Artıq həyəcan təbili çalmaq lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi illərdir bu istimətdə çalışır. Lakin digər qurumlar da bu məsələyə dəstək verilməlidir”.

Adil Zeynalov onu da vurğulayıb ki, bu məhsulların təbiətə zərərini azaltmaq üçün xarici ölkələrin təcrübəsi öyrənilir: “Bəzi ölkələr bu məhsullardan istifadə qadağan edilib, bəziləri məhdudlaşdırıb. Azərbaycan üçün isə ən optimal variant seçiləcək”.

Sektor müdirinin qeyd edib ki, plastik qabların çeşidlənməməsinə görə hazırda heç bir cərimə yoxdur: “Ola bilər ki, gələcəkdə plastik qabların çeşidlənməməsinə görə cərimələr barədə təklif verilsin".

Tədbirdə bildirilib ki, alış-veriş üçün əlverişli hesab edilən bu torbaların təbiətə vurduğu zərərin sayı hesaba gəlməyəcək qədər çoxdur. Mağazalarda təklif edilən məhsulların demək olar ki, 99 faizi polietilen və plastik qablaşdırmadır.

Məlumatına görə, dünyada hər il bir trilyona yaxın polietilen paket istifadə edilir. Dünyada 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır.

***

11:42

Bu gün bir sıra ölkələr polietilen torba və plastik qablarda imtina edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova plastik qab və polietilen torbaların insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı keçirilən tədbirdə deyib.

İradə İbrahimova bildirib ki, yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzlərinə, parklara üz tuturlar. Lakin təəssüf ki, istirahətdən sonra polietilen torbaları və paketləri təbiətə atırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, artıq dünyada 40 ölkədə plastik qablardan istifadəyə qadağa qoyulub və ya məhdudlaşdırılıb:

“Müəyyən problemlər dövlət səviyyəsində həllini tapmalıdır. Bu problemin həlli ilk növbədə istehsalın qadağan edilməsindən başlaya bilər. Əhalinin özününbu məsələyə necə tövhə verə biləcəyini düşünməliyik. İstehlakçılar mağazada alış-veriş edərkən şüşə və paket qablaşdırmada olan məhsullara önəm verilə bilərlər. Bu məsələnin cəmiyyət tərəfindən müzakirə mövzusuna çevrilməsini istəyirik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmiyyət üçün açıqdır və bu mövzuda bütün təhlikləri qəbul etməyə hazırıq”.

Umayra Tağıyeva onu da vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qabların yığılması üçün xüsusi konteynerlər sifariş edilib: “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılması ilə bağlı məktub göndərilib Konteynerlərin əhalinin sıx toplaşdığı yerlərdə və parklarda quraşdırılması nəzərdə tutulub”.


Müəllif: Gülxar

Oxşar xəbərlər