Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Teleqraf.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,72 dollar artaraq 71,55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 63,89 dollar təşkil edib.