6 Fevral 2020 20:08
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilki və hazırki pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcəkdir.

Teleqraf.com xəbər verir ki, bunu prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar mətbuat konfransı keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu sərəncam sosial sahədə islahatların 2020-ci ildə də uğurla davam etdiyini göstərir:

"Bugünkü sərəncam ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksələcək. Bu həm də qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər. Pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə, gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".

S.Babayevin sözlərinə görə, infilyasiya idarə oluna bilən şəkildədir: "Aidiyyəti dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zamab inflyasiya bizim pronozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır".

S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb: "Lakin inflyasiya 2,6 faiz olub. Bu onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfə çox artıb. İnfilyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var və bunun daxilində infilyasiyanı saxlanması üçün AMB və adiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu ildə infilyasiyanın qarşısı alınacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər