May ayında Yaponiyanın ixracatı illik müqayisədə 28,3 faiz azalıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb koronavirus pandemiyası şəraitində ABŞ-a tədarüklərin məhdudlaşması göstərilir.
Yaponiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, Yaponiyanın ümumi ixracatı 2009-cu ildən bəri kəskin şəkildə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz azalıb. İqtisadçıların gözləntisinə əsasən, illik daralma 26.1% olmalı idi.
Qeyd edək ki, Yaponiyanın ABŞ-la ticarət profisiti ötən ay qlobal maliyyə böhranından bəri rekord səviyyədə aşağı düşmüşdü. Ümumi avtomobil ixracatı isə, demək olar ki, üçdə iki faiz nisbətində azalıb.