Almaniyada 390 milyard avroluq istehsal itkisi ola bilər.
Teleqraf.com xəbər verir ki, bu fikir Almaniyanın aparıcı Kiel Dünya İqtisadiyyat İnstitutunun (IfW) proqnozunda əksini tapıb.
İnstitutun hesablamalarına görə, bu il Almaniya iqtisadiyyatı 6.8 faiz azala bilər. IfW alman iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) üçün istehsal itkisinin 2020 və 2021-ci illərdə 390 milyard avro olacağını açıqlayıb.
İnstitut koronavirusun yayılması səbəbiylə bu il ÜDM-nin azalma proqnozunu 6.8 faiz olaraq açıqlayıb, 2021-ci il üçün böyümə gözləntisini 6.3 faiz olaraq proqnozlaşdırıb.
Hesabatda Almaniya hökumətinin iqtisadi stimullaşdırma paketində COVID-19 böhranında mənzərəni əhəmiyyətli dərəcədə görə bilmədiyini və paketin əsas iqtisadi böhrana yönəlmədiyi qeyd edilib.
II rübdə ÜDM-nin böyük ehtimalla 12 faiz daralacağını bildirən hesabatda böhranın ən pis hissəsinin geridə qaldığı, ancaq istehsalın bərpa edilmə müddətinin daha uzun sürəcəyi vurğulanıb.
Hesabata görə, Almaniyada işləyən insanların sayı bu il 45,2 milyondan 44.5 milyona qədər azalacaq. Bu il ölkə ixracatının 12.5 faiz düşdükdən sonra gələn il 8.7 faiz artacağı təxmin edilir.
IfW-nin hesabatında qeyd olunur ki, Almaniyanın hazırkı profisiti bu il və 2021-ci ildə 7 faizdən 5 faizə enəcək, şirkətlərin avadanlıq və proqram təminatları 22 faiz azalacaq.
Büdcə kəsirinin bu ÜDM-in 6 faizinə və ya 192 milyard avroya qədər artacağı proqnozlaşdırılan hesabatda gələn il bu kəsirin 3 faizə və ya 111 milyard avroya qədər azalacağı da yer alıb.