9 Oktyabr 2014 12:06
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da “Four Seasons” mehmanxanasında Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə Forum işə başlayıb.

Teleqraf.com xəbər verir ki, “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan Forumu giriş nitqi ilə açan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin, xüsusilə də enerji sahəsində əməkdaşlığının daha da dərinləşməsi baxımından tədbirin əhəmiyyətini qeyd edib.

Forumda Böyük Britaniya Parlamentinin Lordlar və Nümayəndələr Palatasının üzvləri, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, ARDNŞ-in və “bp Azerbaijan” şirkətinin nümayəndələri iştirak edirlər.


Müəllif:

Oxşar xəbərlər