15 Yanvar 2021 15:12
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Çin arasındakı ticarət müharibəsi 245 min nəfərin işsiz qalmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu, ABŞ-Çin İşgüzar Şurasının (USCBC) “Oxford Exonomics”lə birlikdə yazdığı "ABŞ-Çin iqtisadi əlaqələri: Kritik məqamda vacib bir tərəfdaşlıq" adlı yeni hesabatında yayımlanıb.

Məruzədə ABŞ Prezidenti Donald Trampın Çinlə başlatdığı ticarət müharibəsinin ABŞ iqtisadiyyatına ziyan vurduğu vurğulanır.

ABŞ-ın Çinlə olan ticarət və investisiya əlaqələrindən faydalandığı bildirilən hesabatda 2019-cu ildə Çinə ixracatın ABŞ-da 1,2 milyon insanın işini dəstəklədiyi qeyd edilib.

Hesabatda iki ölkə arasındakı ticarət müharibəsinin Tramp administrasiyasının bəyan etdiyi əsas siyasi hədəflərə çatmadığına diqqət çəkilib. “İqtisadiyyata fayda vermək əvəzinə, ABŞ-ın iqtisadi böyüməsini və məşğulluğu azaltdı, bu da təxminən 245 min nəfər üçün iş itkisi ilə nəticələndi”.

Qeyd olunur ki, iki ölkənin ötən ilin yanvarında imzaladığı ticarət razılaşmasına baxmayaraq, gömrük tarifləri yüksək səviyyədə qalıb. Bunun müqabilənin kənd təsərrüfatı, maliyyə xidmətləri və əqli mülkiyyət kimi uzunmüddətli ticarət maneələrinin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyiş olub. Ancaq Çin dövlətinə aid iş intizamları, subsidiyalar, məlumat və kiber təhlükəsizliklə bağlı bir sıra narahatlıqlar həll edilməyib.

Bundan əlavə, Çinlə artan ticarət gərginliyinin və fikir ayrılığının ABŞ iqtisadiyyatına daha çox zərər verəcəyi və məşğulluğun azaldacağı vurğulanıb.

Hesab olunur ki, tariflərin endirilməsi ABŞ iqtisadiyyatına fayda gətirəcək və məşğulluğu artıracaq: “Ticarət müharibəsi hər iki hökumətin orta tarif dərəcələrini 12 faiz endirib. Bu ssenarinin dayandırılması fonunda ABŞ iqtisadiyyatı qarşıdakı 5 ildə 160 milyard dollarlıq real ÜDM istehsal edəcək və 2025-ci ilə qədər 145 min nəfər işlə təmin ediləcək.

Ticarət müharibəsinin böyüməsi ssenarisində isə ABŞ iqtisadiyyatında ÜDM istehsalı qarşıdakı 5 ildə 1,6 trilyon dollar azalacaq. 2022-ci ildə 732 min, 2025-ci ildə isə 320 min nəfər iş yerinin itirəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər