Azərbaycan 2014-cü ildə sərəncamında olan illik gəlirin artımı üzrə lider ölkələr sırasına daxildir. Trend-in məlumatına görə, bu barədə "Euromonitor International" şirkətinin araşdırmasında deyilir.
Proqnozlara əsasən, bu il sərəncamda olan real illik gəlir 11,5 faiz, ev təsərrüfatlarının gəliri isə 10 faiz səviyyəsində proqnozlaşdırılır. Araşdırmada deyilir ki, neft sənayesində istehsal həcminin azalmasına rəğmən, qeyri-neft sektoru Azərbaycanın gəlirlərinin artımını təmin edərək ölkədə əsas artım mənbəyi və məşğulluğun generatoru olub.
Araşdırma müəllifləri qeyd edirlər ki, təhsil Azərbaycanda xərclərin əsas əlavəsi olacaq (real ifadədə ildə 18 faiz).
Azərbaycandan başqa, 2014-cü ildə sərəncamında olan illik gəlirin artımı üzrə lider ölkələr sırasına Türkmənistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Çin daxil olub.