ABŞ valyutasının avroya nisbətən ucuzlaşması fonunda dünya bazarında neftin qiyməti bahalaşıb.
Teleqraf.com xəbər verir ki, Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,12% bahalaşma ilə bir barelə görə 67,51 dollar olub.
WTI markalı neft isə 1,34% bahalaşaraq bir barelə görə 64,43 dollar təşkil edir.