2021-ci ilin iyun ayında 2031 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.
Qurum rəsmisinin sözlərinə görə, onların 52,7%-ni kişilər, 47,3 %-ni isə qadınlar təşkil edib.