9 İyul 2021 18:09
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi üzrə bütün lazımi hazırlıqlar Türkiyə tərəfində tamamlanıb.

Teleqraf.com xəbər verir ki, texniki məlumatlar təsdiqləndikdən sonra layihənin inşasına başlanacaq.

Türkiyənin Rəsmi Qəzetində yayımlanan qərara görə, Naxçıvan təbii qaz boru kəməri layihəsinin reallaşması üçün İğdır vilayətinin, Mərkəz, Karakoyunlu və Aralik rayonlarının sərhədləri daxilində marşruta düşən daşınmaz əşyalarla sözügedən layihə çərçivəsində inşa ediləcək sabit təsirli giriş yolları, enerji ötürmə xətləri, katod mühafizə xətləri və anod yataqlarının inşası üçün lazım olan daşınmaz əşyaların boru xətləri ilə “Petrol Nəqliyyat Korporasiyası”nın baş idarəsi tərəfindən təcili alınmasına qərar verilib.

Layihənin reallaşması üçün BOTAŞ və SOCAR-a səlahiyyət verilib.

Layihə ilə əlaqəli bütün işləri başa çatdıran Türkiyə yeni boru kəməri üçün hazırlanmış texniki məlumatların təsdiqlənməsi üçün Azərbaycandan təsdiq gözləyir. Xəttin inşasına yaxın vaxtlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) gözlənilən təsdiqdən sonra başlanacaq.

Gözlənilir ki, Türkiyə-Naxçıvan təbii qaz layihəsinin həyata keçirilməsi iki ölkə arasındakı möhkəm əməkdaşlığın dərinləşməsində və inkişafında mühüm rol oynayacaq. Təxminən 500 minə yaxın əhalisi olan Naxçıvanın illik təbii qaz istehlakı yarım milyard kubmetrə çatır. Xəttin açılması ilə bu istiqamətdəki bütün ehtiyaclar Türkiyə üzərindən qarşılanacaq.

Qeyd edək ki, Qarabağın işğalından sonra Azərbaycandan Naxçıvana gedən təbii qaz kəməri sıradan çıxdı, Naxçıvanın qaza ehtiyacı isə İran vasitəsilə təmin edilir.

Şimal-Cənub nəqliyyat dəhlizi və planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin inteqrasiyası ilə bu xətt Avropaya beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayacaq. Naxçıvan-Tiflis-Qars dəmir yolu Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu ilə müqayisədə gələcəkdə nəqliyyat xərclərini və vaxtı itkisini 1,7 dəfə azaldacaq.

Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair anlaşma memorandumu imzalanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər