5 Noyabr 2014 19:12
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazprom” “Naftoqaz”ın 1,45 milyard dollar tranşını təsdiqləyib.

Publika.az-ın xəbərinə görə, Brüsseldə əldə edilən razılaşmaya əsasən, "Naftoqaz" 11,5 milyard kubmetr qaza görə cəmi 3,1 milyard dollar ödəyəcək.

Bu razılaşma həm də Ukraynanın Rusiyaya indiyə qədər olan borclarının hissə-hissə ödənməsini nəzərdə tutur.

Onu da bildirək ki, 2014-cü il üçün mavi qazın min kubmetri Ukraynaya 378 manata satılır. Ukrayna ilin sonunadək Rusiyadan 4 milyard kubmetr qaz almağı planlaşdırır. Lakin bu həcmin 7 milyard kubmetrə qədər artırılması istisna edilmir.


Müəllif: