Dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,56% ucuzlaşaraq, 1 bareli 70,91 ABŞ dollarına satılıb.
WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,34% aşağı düşərək, 1 bareli 68,75 dollar təşkil edib.
İnvestorlar koronavirusun “delta” ştamının neftə olan tələbə təsir edəcəyindən narahatdırlar. Beynəlxalq Enerji Agentliyinin (BEA) bu il üçün xammala olan tələblə bağlı proqnozunun pisləşməsi də bazara təsirsiz ötüşməyib.