29 Sentyabr 2021 09:05
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni və dünyanın ən zəngin müğənnisi Rihanna kimi tanınan Robin Fenti. Bu zənginliyə o, səsi ilə deyil, gözəlliyi ilə nail olur. Bu yolda ona 2017-ci ildə qurduğu “FentyBeauty” adlı kosmetika şirkəti kömək edir.

Teleqraf.com “Forbes” jurnalında dünyanın ən varlı şəxsləri siyahısında adları keçən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, bəzən şəxsi həyatlarını necə keçirmələri barədə araşdırma aparıb.

Araşdırmaları "Milyardların sahibi" rubrikasında təqdim edirik.

Bu dəfəki yazımız dünyanın ən məşhur müğənnisi Rihannaya (Robin Rihanna Fenti) həsr olunub.

Uşaqlığı və karyerası

Rihanna 1988-ci il fevralın 20-də Mərkəzi Amerikada Karib hövzəsi və ya Vest-Hinddə yerləşən Barbadosda dünyaya gəlir. Atası Ronald Fenti anbar müdiri, anası Monika Fenti isə mühasib olur. Onun Rorrey Fenti və Rajad Fenti adlı iki qardaşı var. 7 yaşında mahnı oxumağa başlayan Rihannanı dərindən təsirləndirən hadisə anasının kokain istifadə edən atası ilə evliliyinin pozulması və 14 yaşında boşanmaları olur.

15 yaşında "Combermere" musiqi məktəbinə gedir və iki sinif yoldaşı ilə birlikdə musiqi qrupu yaradır. 2003-cü ildə dostları Rihannanın qrupunu o vaxt Barbadosda tətildə olan musiqi prodüseri Evan Roqersinlə tanış edirlər. Roqersin qrupu səs testindən keçirdikdən sonra "Rihanna, mənimlə bir dəqiqə gəl, o biri iki nəfər gedə bilər" deyir.

Rihanna onun otağında Beyonsenin qurucusu olduğu "Destiny's Child" qrupunun “Emotion” və Mariah Careyin "Hero" mahnılarını dinləyir. Həmin ildə albom istehsalçısı Evan Roqersin rəhbərliyi altında demo kasetləri yazaraq musiqi sənayesinə daxil olur.

Musiqi sahəsində çox uğura imza atır. Bir çox tanınmış şirkətlər adlarının Rihanna ilə birlikdə çəkilməsi üçün milyonluq müqavilələr bağlayırlar. Dünyada 230 milyondan çox albom satan Rihanna bütün zamanların ən çox satılan musiqi sənətçilərindən biri kimi adını brendləşdirir.

Zamanla onun aldığı reklam təklifləri də təəccüb doğurur. 2007-ci ildə “Gillette” ülgüc şirkətinin "Tanrının məşhur ayaqları" mükafatını alır və bundan sonra ayaqlarını 1 milyon dollara sığortalayır.

2017-ci ildə Harvard Universiteti tərəfindən "İlin ən xeyriyyəçi adamı" seçilir.

İş həyatı

“Forbes” jurnalı onu 2019-cu ilin 100 ən güclü qadını siyahısına daxil edir. Elə həmin il jurnal tərəfindən 600 milyon dollar sərvəti ilə dünyanın ən varlı qadın müğənnisi seçilir.

Hesablamalara görə, Rihannanın 1,7 milyard dollar sərvəti var və bu da onu dünyanın ən varlı qadın musiqiçisinə çevirir. Amma onu milyonçu edən musiqisi deyil.

Sərvətinin böyük hissəsi (təxminən 1,4 milyard dollar) “Fenty Beauty” adlı kosmetika şirkətindən gəlir. Gəlirinin qalan hissəsi (təxminən 270 milyon dollar) alt paltarı istehsal edən “Savage x Fenty” adlı şirkətin payına düşür. Ən sonda o, ən çox qazanan musiqiçi və aktrisa karyerasından qazanc götürür.

Barbados əsilli Rihanna sosial mediadan faydalanan yeganə məşhur olmasa da, onun “Instagram”da 101 milyon, “Twitter”də 102,5 milyondan çox izləyicisi var. O, bir gözəllik markası qurmaq üçün ən uğurlu sahibkarıdır.

“Fenty Beauty” fransız lüks mallar konqlomeratı “Louis Vuitton Moet Hennessy” (LVMH) qurucusu, dünyanın ən varlı ikinci adamı Bernar Arnon tərəfindən idarə olunur. 2017-ci ildə inklüzivlik məqsədilə qurulan müəssisənin 50 faizi Rihannaya məxsusdur. Şirkət 50 faiz nisbətində “LVMH” ilə ortaq fəaliyyət göstərir. “LVMH”in məlumatına görə, bir illik gəliri 550 milyon dollardan çoxdur.

Pandemiya zamanı kosmetika satışları yavaşlasa da, bu gözəllik şirkətinin səhmləri həmişəki kimi dəyərini itirmir. Lakin “Estee Lauder” və “L'Oreal” kimi daha böyük gözəllik konqlomeratlarının səhmlərinin geri satın alınması prosesi dövrün ən yüksək həddinə çatır. Səhmləri geri satın alınması nizamnamə kapitalının azaldılması ilə nəticələnir.

Bu, Rihanna üçün yaxşı xəbərdir. “Forbes”in qiymətləndirməsinə görə, gözəllik şirkətlərinin alver etdiyi təsirli çoxluqlar sayəsində “Fenty Beauty” 2,8 milyard dollara sahibdir. Bütün əlamətlər şirkətin böyüməyə davam etdiyini göstərir. “LVMH” 2020-ci il üçün illik hesabatında “Fenty Beauty”nin çox perspektivli bir başlanğıc və görünməmiş səs-küy yaratdığını, eləcə də şirkət cazibədarlığını birinci makiyaj markası olaraq qoruduğunu açıqlayır.

“Fenty Beauty” Rihannanın milyard dollarlıq yeganə markası deyil. Fevral ayında alt paltarı markası “Savage x Fenty” 1 milyard dollar dəyərində 115 milyon dollar maliyyə toplayır. 2018-ci ildə “Tech Style Fashion Group”la ortaq müəssisə olaraq fəaliyyətə başlayan şirkət məşhur amerikalı reper Jay-Z (əsl adı Şon Kori Karter) tərəfindən qurulan “Marcy Venture Partners” və Bernar Arnonun investoru olduğu özəl səhmdar firması “L. Catterton” kimi mavi çipli investorları səhmdar sayır.

Hesablamalara görə, alt paltarı markasında Rihanna 30% paya sahibdir. Məlumata görə, son maliyyə dövrü müştəri əldə etmək və pərakəndə satış genişləndirmək üçün istifadə olunacaq.

Rihannanın toxunduğu hər şey qızıla çevrilir. Fevral ayında “LVMH” və Rihanna öz açıqlamalarında “Fenty” adlanan yüksək səviyyəli moda və aksesuar evini bağladıqlarını təsdiq edirlər. 2019-cu ildə təqdim olunan “Fenty” Rihannanın əhatə dairəsini genişləndirmək və müxtəlif ölçülərdə üslublar təqdim etmək istədi. Ancaq bir çox lüks moda markası kimi, şirkət pandemiya zamanı əziyyət çəkərək son kolleksiyasını 2020-ci ilin noyabr ayında buraxdı.

Rihannanın bəzi pərəstişkarlarının moda və gözəllik maqnatı kimi yeganə şikayəti onun musiqi karyerasından uzaq saxlamasıdır. Demək olar ki, hər il albom çıxaran müğənni 2016-cı ildən bu yana yeni albom buraxmayıb.

Mülkləri

Milyonlara sahib olan müğənninin böyük məbləğlərdə ev kirayə götürməsi də diqqət çəkir. Rihanna əsasən Kaliforniya, İngiltərə, Nyu-York ve Barbadosta ev kirayələyir və ya evlərə sahibi olur.

İş adamı ümumi dəyəri 100 milyon dollardan çox olan mənzillərə sahibdir. Rihannanın illər ərzində sahib olduğu 11 mülkün qiyməti təəccüb yaradır.

O, 2021-ci ilin mart ayında Kaliforniya ştatının Beverly Hills şəhərində 13.8 milyon dollarlıq ən bahalı daşınmaz əmlakı alır. Sahəsi 5,909 kvadrat metr olan malikanənin 1930-cu illərdə tikildiyi bildirilir. Rihannanın evindən çox da uzaq olmayan bu məhəllədə Şahzadə Harri və Meghan Markle cütlüyünün, eləcə də müğənni Madonna və Mariah Careylənin də malikanəsi var.

10 milyon dollarlıq malikanə

Biznes ledi Beverly Hillsdəki malikanəni satın aldıqdan bir neçə ay sonra bir-birinə yaxın olan başqa bir əmlakı 10 milyon dollara alır. Ümumi sahəsi 3549 kvadratmetrlik əmlak 1939-cu ildə tikilib, 4 yataq otağı və 4-5 vanna otağından ibarətdir. 46 hektar ərazidə yerləşən əmlak sonuncu dəfə 2015-ci ildə 5.1 milyon dollara satılıb. Yəni Rihannadan əvvəl buranı ev adlandıran şəxslər təxminən 5 milyon dollar gəlir əldə ediblər.

Həftəlik 25 min dollarlıq, aylıq 100 min dollarlıq kirayə

2020-ci ilin sentyabr ayında Rihannanın Londondakı keçmiş iqamətgahı 41 milyon dollara satılır. XIX əsrə aid evdə 6332 kvadratmetrlik səkkiz yataq otağı, idman zalı, kinoteatr, xüsusi lift, 10 maşının sığacağı qədər park yeri olub.

Məlumata görə, Rihanna bu mülkü həftədə 18 min funt sterlinqə kirayə götürür. Bu, həmin dövrün məzənnəsinı uyğun olaraq təxminən 25 min dollar edir. Başqa sözlə, müğənni burada qalmaq üçün ayda 100 min dollar kirayə ödəyirmiş.

Hətta pandemiya belə Rihannanın kirayə mülk götürmək istəyini əngəlləmir. İngiltərənin Southampton şəhərindən 6 140 kvadratmetrlik bir ev kirayələmək üçün ayda 415 min dollar ödəyir. O, iyulun ortasından avqustun ortalarına qədər beş yataq və altı vanna otaqlı villada yaşayıb.

925 min dollarlıq kondisioner

2015-ci ildə Rihanna İngiltərənin təntənəli iqamətgahlarının yerləşdiyi Viltşire şəhərində çoxmərtəbəli binada 2000 kvadratmetrlik bir kondisionerə 925 min dollar xərcləyib. Bu şəhərdə onun mülkiyyəti haqqında əlavə məlumat yoxdur.

Ancaq Rihannanın son zamanlar malikanələrdən daha çox hündür mərtəbəli binalara üstünlük verməsinin əsas səbəbi qanun pozucuları olduğu bildirilir. Sakit okean sahillərində yerləşən evinə girən oğrular, ona mülkünü boşaltmaqdan başqa çarə qoymur.

Sahildə 21.8 milyon dollarlıq villa

2013-cü ildə Rihanna doğma ölkəsi Barbados sahilində 21.8 milyon dollarlıq mülk satın alır. Bundan əlavə, əfsanəvi üslubu ilə seçilən dünyanın ən prestijli kurortlarından biri Sandy Lanedə beş suit yataq otağına malikdir. Məlumata görə, kurortdakı bu ölçülü yalnız səkkiz mənzilin şəxsi terrası var. Onun sahib olduğu mənzillərin dəqiq kvadratı quraşdırılan kondisionerlərin kvadratı ilə ölçülür. Rihannanın sözügedən mülkündə 10 000 kvadratmetrlik kondisioner var.

6.8 milyon dollarlıq malikanəsini 35 min dollara kirayə verir

Rihanna 2017-ci ildə 6,8 milyon dollara Hollywood Hillsdə Aralıq dənizi tipli bir malikanə alır. Cəmi bir il sonra evə oğru girir. Hadisədən 6 ay sonra 7.495 milyon dollara mülklərini siyahıya aldırır. Daha sonra, 2019-cu ildə müğənni bazarda alıcısı olmayan evi kirayə vermək qərarına gəlir. O vaxtdan bəri 7130 kvadratmetrlik villa ayda 35 min dollara kirayə verilir.

Rihannanın 2013-cü ildən 2017-ci ilə qədər kirayəyə götürdüyü Çin məhəlləsindəki bir ev 10 il ərzində bazara çıxarılaraq 15.95 milyon dollara yenidən siyahıya alınır. Müğənni 2013-cü ildə bu dörd yataqlı ikimərtəbəli villanı ilk dəfə kirayəyə götürəndə ayda 39 min dollar ödəyirdi. 2017-ci ildə həmin malikanə üçün kirayəyə xərci ayda təxminən 50 min dollara çıxır.


Müəllif: Yeganə Oqtayqızı