23 Noyabr 2021 12:28
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “PLT Business” MMC ilə 104312 manat dəyəri olan müqavilə bağlayıb. Sənədə əsasən, “Bakı Metropoliteni” QSC üçün elektrik mühərrikli 2 avtomobil satın alınması nəzərdə tutulur.

Həmin avtomobillərin hansı məqsədlərlə istifadə olunacağı maraq doğurur.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf.com-a elektrik mühərrikli avtomobillərin alınmasının səbəbini açıqlayıb.

Qurum rəsmisi bildirib ki, bu avtomobillər xidməti ehtiyaclar üçün alınır: “Müasir dövrdə ekoloji məsələlər, yaşıl enerjiyə keçid nəzərə alınmaqla xidməti ehtiyaclar üçün zərurət olanda üstünlük benzinlə işləyən yox, elektrik mühərrikli avtomobillərə verilir”.


Müəllif: Yeganə Oqtayqızı