"Alternativ və bərpa olunan enerji ilə bağlı fərqli şirkətlərin müxtəlif mövqeləri var. Bildiyimiz kimi, SOCAR-da da islahatlar gedir. 2035-ci ilə kimi olan strategiyada bu məsələləri nəzərə almışıq".
Bunu Teleqraf.com-un sualını cavablayarəkən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
Baş icraçı direktor SOCAR Grupda bu strategiya üzrə çalışmaq üçün bir qrup yaradıldığını deyib:
"Alternativ enerjiyə keçid SOCAR üçün nədir və bu startegiyanı hansı ölkələrdə həyata keçirə bilərik - biz bunun üzərində çalışırıq. Buna biz "SOCAR Türkiyə" olaraq yox, "SOCAR Grup" olaraq qərar verəcəyik".
SOCAR-ın adının dəyişməsinə gəlincə, Zaur Qəhrəmanov şirkətin Azərbaycanın qüruru olduğunu deyib: “İnanmıram ki, biz onun adını dəyişməliyik. 2016-cı ildə Türkiyəyə yeni gələndə şirkətin adını dəyişdirmək təklif olunmuşdu. Buna səbəb kimi SOCAR-ın adının türk dilində səslənməsinin yaxşı olmadığı göstərilmişdi. Təbii ki, adın önəmli olduğunu qeyd etdim və bundan daha da önəmli məsələnin şirkətin adının arxasında nəyin dayannmasır”.