20 Dekabr 2021 17:24
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə daha 732 min şəxsin sosial müdafiəsi gücləndirilmiş oldu. Bu məqsədlə dövlət büdcəsindən əlavə 200 milyon manat ayrılması nəzərdə tutulur. Hazırkı Fərman və Sərəncamlarla bir çox kateqoriyadan olan şəxslərin təqaüdləri, müavinətləri artırılmış oldu. İlk növbədə əlilliyi olan şəxslərin, yaşa, ailə başçısını itirdiyinə görə, müddətli hərbi xidmətdə olanların övladlarına verilən müavinətlər artırıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, eyni zamanda uşaqların qəyyumlarına, 5-dən artıq uşağı olan qadınlara verilən müavinətlərin də həcmi artırılır:

“Aztəminatlı ailələrin, bir yaşadək uşağa verilən müavinət, həmçinin övladlığa uşaq götürənlərə ödənilən aylıq ödəmələrin də həcmi artırılıb. Bundan başqa işləməyən elmlər və fəlsəfə doktorlarının təqaüdləri xalq və əməkdar artist fəxri adı olan şəxslərin təqaüdlərində artım olacaq”.

Millət vəkilinə görə, eyni zamanda doktorantların və tələbələrin də təqaüdlərində artımın olması ilə bağlı qərar verilib: “Bununla yanaşı uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin, həmçinin dəfn üçün nəzərdə tutulan müavinətin artırılması nəzərdə tutulub”.

Komitə sədri hesab edir ki, bütövülükdə bu addım Prezident İlham Əliyevin əhalinin sosial rifah halının qorunması ilə bağlı bu ilin oktyabrın 16-da qəbul edilmiş Sərəncamının icrasından yaranan məsələləri əhatə edir: “Bu mütərəqqi addımla bütövlükdə 732 min vətəndaşımızın həyat səviyyəsi daha da yaxşılaşmış olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər