18 Noyabr 2014 16:31
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkəti (ARDNŞ) himayəyə götürdüyü məcburi köçkünlərə köçkünlərə bayram sovqatı aparıb.

ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu günlərdə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə 9 noyabr - Dövlət bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günü münasibətilə hər il olduğu kimi bayram payı aparılıb.

Bayramlar ərəfəsində noyabrın 12-də Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış məcburi köçkünlərə 32400 kq, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə 13770 kq, noyabrın 15-də isə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində, Dördyol-Mamırlı ərazisində məskunlaşmış məcburi köçkünlərə 85228,2 kq və Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərə 105300 kq ərzaq yardımı çatdırılıb.

Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.
ARDNŞ nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları bayramlar münasibəti ilə təbrik ediblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər