30 Dekabr 2021 14:38
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşəldə baş verən partlayışa görə “Azəriqaz” İB məsuliyyət daşımır.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin şöbəsinin rəisi Eldəniz Vəliyev “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla münasibət bildirərkən deyib.

Qurum rəsmisi bildirib ki, “Azəriqaz” İB yalnız sayğaca qədər olan hissəyə məsuliyyət daşıyır: “Araşdırma nəticəsində məlum olub ki, məşələ qədərə heç bir sızma halı baş verməyib”.


Müəllif: Yeganə Oqtayqızı