27 Yanvar 2022 15:24
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Mərkəzi Bankı kriptovalyutalar üzrə irəliləyişlərə mane olmur, kriptovalyuta mədənçiliyində rəqabət üstünlüklərimiz var ”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin kriptovalyutalarla bağlı gündəmdəki hadisələri yaxından izlədiyini bildirib: “Rusiya Mərkəzi Bankı kriptovalyutaların tənzimlənməsində maraqlıdır, bu mövzuda texniki irəliləyişlərə mane olmur və bu fəaliyyət sahəsində ən son texnologiyaların tətbiqi üçün lazımi tədbirləri görür. Ancaq təbii ki, elektrik enerjisi artıqlığımız və yaxşı təlim keçmiş kadrlarımız baxımından kriptovalyuta mədənçiliyində də rəqabət üstünlüklərimiz var”.

Putin Rusiya hökumətinə və Rusiya Mərkəzi Bankına kriptovalyutalarla bağlı ortaq rəyə gəlməyi və hesabat verməyi tapşırıb.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının yanvarın 20-də dərc etdiyi hesabatda Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyini əsas gətirilərək kriptovalyutaların alqı-satqısı və mədənçiliyinin qadağan edilməsini tövsiyə edib.


Müəllif: Yeganə Oqtayqızı