“Avropa İttifaqı Azərbaycandan qaz tədarükü ilə bağlı danışıqlar aparmır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyir ki, bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində işləməyi nəzərdən keçirəcəklər. Bu o demək deyil ki, danışıqlara başlayır”.
Bunu Teleqraf.com-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O, Azərbaycanın 2020-ci ildən başlayaraq Avropaya qaz ixracını 2023-cü il də daxil olmaqla artıracağını vurğulayıb: “Azərbaycanın yeni qaz həcmləri yoxdur. Biz qaz həcmlərini ancaq “Şahdəniz-2” yatağı vasitəsilə alırıq. 2013-cü ilin 19 sentyabrında imzalanan uzunmüddətli müqavilələr çərçivəsində təbii qaz ixracını həyata keçiririk.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov mətbuata açıqlamasında bildirib ki, Avropaya qaz tədarükünü artırmaq üçün uzunmüddətli müqavilələr olmalıdır. “Kiminsə gəlib “daha çox qaz ver” dəməsilə deyil”. Bu, uzunmüddətli müqavilələr çərçivəsində həyata keçirilə bilən bir məsələdir”.