“Neft və qaza yatırılan sərmayənin azalması son dövrlərdə enerji qiymətlərinin artmasına səbəb olub”.
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud Ər-Riyadda 14-cü Beynəlxalq Neft və Qaz Texnologiyaları Konfransı və Sərgisinin (IPTC) açılışında çıxışı zamanı deyib.
“Neft və qaz sənayesinə investisiyaların yatırılmaması enerji təhlükəsizliyini təhlükə altına qoyur. Bu da bazarda vəziyyətin pisləşməsinə və neftin qiymətinin artmasına səbəb olub. Hesab edirəm ki, neft və qaza investisiyaların azaldılması kampaniyası müsbət hal deyil”.
Nazir qeyd edib ki, krallığın səlahiyyətli orqanları neft və qaz yataqları, eləcə də bərpa olunan enerji sahəsində istehsal güclərinə sərmayə qoymağa davam edir.