14 May 2022 18:54
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın ən böyük neft tədarükçüsü “Eneos Holdings” Rusiyadan neft idxalını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bunu şirkətin prezidenti Saito Takeşi mətbuat konfransında açıqlayıb.

O, son transferin aprel ayında göndərildiyini bildirib: “Bundan sonra Rusiyadan yeni yüklər daşınmayacaq. Rus nefti “Eneos Holdings”in ümumi idxalının 5 faizdən azını təşkil edir. Şirkət Yaxın Şərq də daxil olmaqla alternativ mənbələrə müraciət edəcək”.

Yaponiyanın neft tədarükçülərindən biri “İdemitsu Kosan” da Rusiyadan idxalı dayandırmağı planlaşdırdıqlarını bəyan edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər