15 May 2022 01:02
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 545 nəfərə məxsus 9 min 219 bank hesabı qanunsuz və şübhəli valyuta və kriptovalyuta əməliyyatları səbəbilə bloklanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı İran Kəşfiyyat Nazirliyi açıqlayıb.

Bildirilir ki, qeyri-qanuni, şübhəli, icazəsiz kriptovalyuta əməliyyatları ilə mübarizə planı çərçivəsində Mərkəzi Bankla koordinasiyada minlərlə bank hesabı bloklanıb.

Sözügedən bank hesablarının əməliyyat həcminin 60 trilyon tümən (sərbəst bazar dərəcəsinə görə, təxminən 1 milyard 985 milyon dollar) olduğu bildirilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər