29 May 2022 00:07
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Kənd Təsərrüfatı Nazirliyi iyulun 1-dən düyü ixracını müvəqqəti qadağan etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, nazirliyinin hökumətə təqdim etdiyi layihəyə əsasən, iyulun 1-dən dekabrın 31-dək düyü ixracının dayandırılması təklif edilib.

Rusiya hökuməti daxili bazarda sabitliyi qorumaq üçün günəbaxan yağı ixracına da kvota qoyub, eyni zamanda Avrasiya İqtisadi İttifaqına ağ şəkər və şəkər qamışının ixracını, taxıl ixracını müvəqqəti qadağan etmək qərarına gəlib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər