Avropa Mərkəzi Bankı mart ayında faiz dərəcələrini 50 baza bəndi artıracaq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (European Central Bank) prezidenti Kristin Laqardın deyib.
Onun sözlərinə görə, ECB-nin mart iclasında uçot dərəcəsini 50 baza bəndi artıracağına inanmaq üçün hər cür əsas var: “ECB faiz qərarları verərkən məlumatlara əsaslanaraq hərəkət edəcək. Ehtiyac yaranarsa, mart ayından sonra da faiz artımına gediləcək”.
Laqard ECB İdarəetmə Şurasının 2 faizlik inflyasiya hədəfinə qayıtmaq üçün əlindən gələni etməyə hazır olduğunu da vurğulayıb.