18 Mart 2023 15:25
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirib.

Teleraf.com xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd podratçıların işinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və onları narahat edən məsələləri rahatlıqla səsləndirmələrinə şərait yaratmaqdan ibarət olub.

Çıxış edən podratçılar üzləşdikləri çətinliklərdən söz açıblar. Bir sıra podratçılar mövcud proseslər zamanı SOCAR “Azəriqaz” İstehsalat Birliyinə aid olmayan problemlərə də toxunublar. Onlar həmin məsələlərə cavabdehlik daşıyan qurumları bir qədər də operativ işləməyə çağırıblar. Bundan başqa podratçılar MTK-larda təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Bu istiqamətdə abonentlərin proseslərdən məlumatsız olduqlarını vurğulayıblar.

SOCAR “Azəriqaz” İB-nin işinə gəldikdə isə podratçılar regionlarda yaranan bəzi problemlərdən söz açaraq qısa zamanda həll olunmasını xahiş ediblər.

Məlumat üçün bildirək ki, bundan sonra hər ay əlaqəli qurumların iştirakı ilə mütəmadi olaraq podratçılarla görüş keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər