31 Mart 2023 13:15
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Budapeştdə Türk Dövlətləri Təşkilatının Energetika Nazirlərinin sammiti keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Türkiyə, Azərbaycan, Macarıstan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri iştirak edir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz toplantıdan öncə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Dönməz Türkiyənin mühüm beynəlxalq layihələrə ev sahibliyi etdiyinə diqqət çəkib: “Başlanğıcını Azərbaycandan götürən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) bunlardan biridir. Bu, Azərbaycan qazının Türkiyə üzərindən Avropaya və İtaliyaya nəqli ilə bağlı mühüm layihədir. Hazırda onun illik gücü 16 milyard kubmetrdir. Amma çox yaxın gələcəkdə layihənin tutumunu iki dəfə artıracağıq. Eyni şəkildə, bu artan potensialdan həm Türkiyə, həm də qonşularımız faydalanacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər