SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində KOBİA nümayəndəsinin iştirakı ilə sahibkarlarla Ağsu rayonunda görüşü təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, aksiya Ağsu şəhəri, Bayraq Meydanında baş tutacaq.
“Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.