12 Aprel 2023 16:20
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tvitteri idarə etmək gözlədiyimdən çox çətindir. Doğru adam gələrsə, şirkəti satmağa hazıram.

Teleqraf.com xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru İlon Mask deyib.

Mask Tvitterdəki işlərin kənardan göründüyündən daha yorucu olduğunu vurğulayıb: “Ofisdə divanım var və bəzi günlərdə orada yatıram”.

Qeyd edək ki, İlon Mask 2022-ci ilin son rübündə sosial media tətbiqi Tvitteri 44 milyard dollara (35,4 milyard sterlinq) satın alıb. “Tesla” və “SpaceX” kimi nəhəng şirkətlərinin qurucusu və baş direktoru olan milyarder Tvitterdə etdiyi dəyişikliklərdən sonra müzakirələrin mərkəzində olub.


Müəllif: Yeganə Oqtayqızı