Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 saylı meydançadan 2679 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Telleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu X horizontdan, 2580-2572 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.