2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Fransaya 108,829 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 1,18 faizini təşkil edir.
Teleqraf.com xəbər verir ki, ötən ilin analoji dövründə Fransa Azərbaycandan neft idxal etməyib.
Qeyd olunan dövrdə Azərbaycandan Fransaya ixrac olunan neft və neft məhsullarının dəyəri 66,3 milyon dollardan çox olub ki, bu da Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının ümumi dəyərinin 1,16 faizini təşkil edir.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.