Ötən həftə Ukrayna ilə Taxıl Dəhlizi Sazişindən çıxan Rusiyadan yeni açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yeni taxıl ixracı marşrutu üzərində işlədikləri deyilir.
“Taxıl dəhlizi sazişi bu yaxınlarda Rusiya tərəfindən birtərəfli qaydada bağlanıb. Qara dənizdəki taxıl dəhlizindən Ukrayna Krım körpüsünə hücum etmək üçün istifadə edib. Biz yeni taxıl ixracı marşrutu üzərində işləyirik”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci ildə İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.