Qlobal neft tələbi 2045-ci ildə ötən illə müqayisədə gündəlik 16 milyon barel artaraq 116 milyon barelə çatacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2045-ci ilə qədər dünya neft proqnozunda (World Oil Outlook) məlumat verilir.
Hesabata əsasən, keçən il gündəlik 291 milyon barel neft ekvivalenti olan qlobal ilkin enerji tələbi 2045-ci ildə gündəlik (23 faiz) 68,3 milyon barel artımla 359 milyon barelə çatacaq.
Ötən il qlobal enerji kompleksində payı təxminən 2,7 faiz olan digər bərpa olunan enerji mənbələrinin 2045-ci ildə 11,7 faiz olacağı gözlənilir.
Həmin dövrə qədər qlobal təbii qaz tələbinin gündəlik neft ekvivalentində 20 milyon barel artaraq 87 milyon barelə çatacağı proqnozlaşdırılır.
Kömürə tələbatın azalması səbəbindən qalıq yanacaqların (2022-ci ildə 80 faiz) 2045-ci ildə 69 faizə qədər azalacağı gözlənilir. Həmin dövrdə neft və qazın enerji kompleksində ümumi payının 54 faiz səviyyəsində qalacağı düşünülür.