30 Yanvar 11:59
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bank Respublika” 2023-cü ildə banklar və maliyyə institutlarına verdiyi kreditlərin məbləği 18 milyon 574 min manat olub.

Teleqraf.com Valyuta.az-a istinadla xəbər verir ki, bu barədə bankın 2023-cü illə bağlı maliyyə hesabatında qeyd olunub.

Belə ki, bankın 2023-cü ildə banklar və maliyyə institutlarına verdiyi kreditlərin məbləği 2022-ci illə müqayisədə 7 milyon 395 min manat, yaxud da 28,4% azdır.

2022-ci ildə “Bank Respublika”nın banklar və maliyyə institutlarına verdiyi kreditlərin məbləği 25 milyon 969 min manat olub.


Müəllif: Teleqraf.com