26 Yanvar 2015 15:45
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının «Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri» mövzusunda təşkil etdiyi ekspert müzakirəsinin qətnaməsi qəbul olunub.

Teleqraf.com-un məlumatına görə, ADR hökümətə 9 təklif verib.

"Dünya bazarında neftin qiymətinin ucuzlaşması iqtisadiyyatı həmin resursdan asılı vəziyyətdə olan ölkələrdə yeni situasiya yaradır. Azərbaycadakı vəziyyəti bununla yanaşı qonşu Rusiyada başlayan iqtisadi böhran daha da müəkkəbləşdirərək, ağırlaşdırır. Odur ki, ADR hərəkatının təşəbbüsü ilə təşkil olunan ekspert müzakirələrinin iştirakçıları xarici faktorların fəallaşmasının son zamanlar Azərbaycan iqtisadiyyatına təsirlərinin çoxalması səbəbindən qərarlaşmış hazırkı durumu müzakirə edərək, ondan narahatçılığını ifadə edir və onların Azərbaycana təsirlərinin yaratdığı risklərin idarə olunması və dəf edilməsi üçün sistemli təbdirlərin hazırlanmasını vacib sayır və aşağıdakı iqtisamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri hesab edirərk, təkliflərlə çıxış edir:

1) Ölkə iqtisadiyyatıda neft gəlirlərinin əhəmiyyətli rolunu nəzərə alaraq dövlət maliyyə planları (dövlət büdcəsi, neft fondunun büdcəsi, sosial müdafiə fondunun büdcəsi) müxtəlif qiymət ssenariləri (pis, yaxşı, orta) üzrə yenidən hesablansın, orta ssenarı əsasında dövlət gəlirlərinin dürüstləşdirilməsinə və optimallaşdırılmasına nail olunsun.

2) Qeyri-neft sektorundan vergi daxilolmalarını artırmaq üçün xüsusilə də orta və iri şirkətlərdə vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, vergi borclarının qaytarılması, bütövlükdə vergi və gömrük intizamının artırılması istiqamətində səylər gücləndirilsin.

3) Milli Məclisdə Rəqabət Məcəlləsi, “Maliyyə nəzarəti” haqqında qanun qəbul edilsin, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, “Mədən Sənayeisndə Şəffaflıq Təşəbbüsü”nün daha səmərəli reallaşdırılması yolu ilə ictimai maliyyənin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq artırılsın. Hesablama Palatasının, Korrupsiya qarşı mübarizə idarəsinin və anti-inhisar departamentinin müstəqilliyi təmin edilsin və səalhiyyətləri genişləndirilsin.

4) Müxtəlif qiymət ssenariləri üzrə xərclərin optimallaşdırılması, iş yerlərinin bağlanması və əmək haqqı gəlirlərinin azalmasına yol verilmədən lüzumsuz dövlət xərclərinin ixtisarı yolu ilə dövlətin cari və kapital xərclərinin idaəolunmasının səmərəliliyi artırılsın.

5) Dövlət mərkəzi və yerli idarəetmə orqanlarında struktur islahatları aparılsın.

6) Azad sahibkarlıq və sağlam rəqabət üçün şərtlər, bankların faiz siyasətinin bazar dəyərinə uyğunlaşdırılması isiqamətində tədbrilər həyata keçirilsin.

7) Açıq ticarət vasitəsilə dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu sürətləndirilsin.

8) Neft gəlirləinin səmərəli idarəolunması üçün fiskal qaydalar işlənilsin, investisiya portfelinin diversifikasiya aparılsın, rus rublu ilə olan sərmayələr geri çağrılsın, bir sözlər səmərəli və şəffaf xərclənməsi, eləcə də ədalətli bölüşdürülməsi təmin olunsun.

9) Əhalinin sosial müdafiəsi istiqamətində əmək haqqı və pensiyaların artırılması ilə bağlı tədbirlər davam etdirilsin. Həsas sosial qruplar (işsizlər, aztəminatlı təbərələr, müharibə veteranları, əlillər, şəhid ailələri, məcburi köçkünlər və qaçqınlar) üçün xüsusi proqramlar hazırlansın, onlara və onların ailə üzvlərinə ödəniləcək müavinətlərin və ünvanlı yardımların məbləği yaşayış dəyərinə uyğunlaşdırılsın.

ADR hərəkatı hesab edir ki, iqtisadi və sosial siyasət sahəsində qərarlaırn qəbulunda mövcud reallığın, qərarlaşmış tendensiyaların, formalaşmış yeni şərtlərin nəzərə alınması ictimai maliyyə sahəsində şəffaflıq və hesabatlılığın artırılması, dövlət xərclərinin optimallaşdırılması qarşılaşa biləcəyimiz makroiqtisadi şokların əvvəlcədən dəf edilməsinə şərait yarada bilər. Odur ki, yerli mütəxəssislər və ekspertlər yuxarıda qeyd olunan qısa müddətli dövrdə təkliflərin reallaşdırılacağına ümid edir."


Müəllif: