29 Dekabr 09:00
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasında xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan 175 sərnişin və 6 ekipaj üzvünün çoxunun həlak olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. 85 nəfərin cəsədi aşkarlanıb, itkin düşənlər isə ölmüş hesab olunur. Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

***

Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsinin uçuş-enmə zolağından çıxaraq hasara çırpılması nəticəsində 85 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.

İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər